Aktual

“Qərbdən gələn xarici təhdidlərə qarşı ən doğru qərar Rusiya ilə ittifaqdır-Nəzakət Məmmədova

“Qərbdən gələn xarici təhdidlərə qarşı ən doğru qərar Rusiya ilə ittifaqdır”-Nəzakət Məmmədovabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7Times.az beynəlxalq münasibətlər üzrə mütəxəssis,Nəzakət Məmmədova ilə müsahibəni təqdim edir.

Bildiyimiz kimi hazırda Amerika və qərb dövlətləri Türkiyə ilə Yunanıstan arasında bir gərginliyin yaranması üçün zəmin hazırlayırlar.Egey dənizindəki ovuc boyda adaları silahlardırıb bu iki ölkə arasındakı gərginliyi artırmaqda əsas hədəf nədir?

Burada məqqsəd Yunanıstan vasitəsilə Türkiyəyə təzyiq göstərmək, onu öz qaydalarına tabe etməkdir. Türkiyə və Yunanıstan hələ Osmanlı və Bizans dönəmimdən bəri tarixi düşmən olublar. Türklərin əvvəlcə Anadolunu, sonra isə Konstantionopolu ələ keçirməsi bu düşmənçiliyin əsasını təşkil edir. Özünü Bizansın varisi hesab edən yunanlar bu gün də Türkiyəyə düşmən kimi yanaşır. Yunanlar hesab edir ki, İstanbul daxil olmaqla indiki Türkiyə ərazisi onlara məxsusdur. Eləcə də, Bizansın mənəvi varisi yunanlar olsa da, maddi irsi türklərin nəzarətinə keçib. Hətta xatırlayırıq ki, Ayasofiya məscid elan olunanda Yunanıstanda matəm rəmzi olaraq dövlət bayraqları 3 gün endirildi. Üstəlik, qeyd etdiyiniz kimi, Egey dənizində mübahisəli adalar məsələsi, Aralıq dənizinin şərqində qaz yataqlarının istismarı, ermənilərlə yaxın müttəfiqlik və s. mübahisəli məsələlərlə yanaşı, Kipr adasındakı ziddiyyətlər də iki ölkə arasında tarixi və geosiyasi rəqabəti şərtləndirir. Bu iki ölkənin 1952-ci ildə NATO-ya üzv qəbul edilməsi vəziyyəti yumşaltmadı. Əksinə, 1974-cü il Kıbrıs Barış Hərəkatı göstərdi ki, Yunanıstan və Türkiyə arasında dostluq çox mütəkkəb məsələdir və tarixi ədavət bu iki ölkənin ümumi mehriban gələcəyini mümkünsüz edir. ABŞ və bəzi digər NATO ölkələri bundan istifadə edərək gah Türkiyəyə dəstək verməklə Yunanıstana, ya da Yunanıstanı müdafiə etməklə Türkiyəni faktiki şantaj edərək öz məqsədlərinə nail olmağa çalışır. Yunanıstanın pravoslav ölkəsi olması katolik Qərbi Avropa və ABŞ-ı ona qarşı məsafəli davranmağa vadar etsə də, lakin siyasi məqsədləri üçün istifadə etməkdən çəkindirmir. Təxribat məqsədilə Egey dənizindəki adaların ABŞ xəritələrində son dövrlərdə Yunanıstan ərazisi kimi göstərilməsi də ABŞ-ın Türkiyəyə təzyiqi kimi başa düşülə bilər. Təbii ki, əsas səbəb Ukrayna məsələsində Türkiyənin ABŞ-ın istəyinə deyil, öz milli maraqlarına uyğun davranmasıdır. Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmadı, Rusiyadan aldığı S-400 sistemlərini Ukraynaya vermədi, Qara dənizdə Montrö sazişinin tələblərinə uyğun davrandı və s. Bunlar ABŞ-ı qane etmir. Məlum olduğu kimi 2016-cı il 15 iyul çevriliş cəhdindən sonra Türkiyə hakimiyyəti ABŞ-dan xeyli uzaqlaşaraq, İngiltərə, Rusiya, Çinlə yaxınlaşıb. Bu, uzun illər Türkiyədə hegemonluq edən ABŞ-ı qane etmir və onu yenidən öz təsir dairəsinə daxil etməyə çalışır. Üstəlik, Türkiyə də yaxşı anlayır ki, ABŞ-ın Qara dənizdə hegemon hərbi-siyasi gücə çevrilməsi balansı pozaraq gələcəkdə ona problemlər yarada bilər. Belə olan şəraitdə Türkiyə Suriya müharibəsində dəstək görmədiyi, onun 911 km. sərhədlərində terror dövləti yaratmaq istəyən Pentaqondan və digər NATO müttəfiqlərindənsə, ona atom elektrik stansiyası tikməyə yardımçı olan, S 400 satan, Əsədin hakimiyyətdən getməsi istisna olmaqla, Suriyada daha yaxın olan Rusiyaya üstünlük verir. Lakin burada ən böyük strateji məsələ ondan ibarətdir ki, Qərb – Atlantist düşərgə Avrasiyanı Qara dənizi tam ələ keçirməklə mühasirəyə almağa çalışır. Baltik respublikalarının NATO və AB üzvü olması ilə Baltil dənizi Atlantizmin nəzarətinə keçdi. Qara dəniz ölkələri Rumıniya və Bolqarıstan da NATO-nun genişlənməsi bəhanəsi ilə Qərbin təsir dairəsinə daxil edildi. Ukraynanın NATO-ya daxil olması Avrasiya qitəsinin ətrafında ABŞ başda olmaqla Atlantistlərin Avrasiya ətrafında qurduğu həlqənin bir az da daralması, beləliklə də Rusiya, Türkiyə, Çin kimi ölkələrin Qərbdən mühasirəsi deməkdir. Türkiyə anlayır ki, Rusiyadan sonra hədəf odur. Türkiyənin Rusiyanı müdafiə etməsi Türkiyənin suverenliyinin müdafiəsi deməkdir.

Türkiyədə ikinci Ukrayna ssnarisi yaşana bilərmi?Bu iki NATO ölkəsi arasında hərbi qarşıdurma nə dərəcədə realdır?

-Nəinki Türkiyədə, Qərbin əl qoymaq istədiyi heç bir ölkədə ikinci Ukrayna ssenarisi istisna olunmur. Lakin xatırlasaq ki, Ukrayna hadisəsinin ən əsas səbəblərindən biri ölkənin NATO üzvlüyünə cəhd etməsi və Rusiyanın buna verdiyi cavab olmuşdur. Çünki Rusiya heç bir vəchlə imkan verə bilməzdi ki, onun qonşuluğunda, tarixi tellərlə bağlı olduğu, eyni kökdən olan və eyni məzhəbə qulluq edən bir torpaqlarda yad ünsürlər hegemonluq eləsin. Bu, ilk növbədə slavyan sivilizasiyasının ürəyinə vurulan xəncər demək olardı. Həm də bunu kimin əli ilə etdilər?! Qeyri-slavyan millətindən ibarət şəxslərdən siyasi elita düzəldib, onları çevriliş yolu ilə hakimiyyətə gətirib, sonra Rusiyanı müharibəyə təhrik etməklə, iki slavyan xalqını bir-birinə qırdırmaqla. Ukraynanın NATO-ya üzvlük istəyi bu hadisələrin əsas səbələrindən biridir. Türkiyə isə artıq 1952-ci ildən bəri 70 ildir ki, Alyansın üzvüdür. Deməli, eynilə Ukrayna hadisələrinə bənzər olmasa da, lakin Türkiyənin başı üzərində də qara buludlar həmişə dolaşıb və dolaşacaq. Çünki Türkiyə bit çox kriteriyalarına görə çox önəmli bir ölkədir. Belə olan şəraitdə Qərbdən gələn xarici təhdidlərə qarşı ən doğru qərar Rusiya ilə ittifaqdır. Özümüz də şahid olduq ki, bu İttifaq sayəsində Türkiyə öz torpaqlarının parçalanması təhdidindən, dövlət çevrilişindən və s. bəlalardan xilas oldu. Türkiyə Rusiya ilə ittifaqda olarsa, bundan Azərbaycan da qazanar.

Ötən gün  Qazaxıstan prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda  Putinlə birgə iştirak etdiyi mətbuat konfransında Qazaxıstanın separatçı “Donetsk və Luqansk xalq respublikaları”nı, Cənubi Osetiya və Abxaziyanı tanımaq niyyətində olmadığını bildirərək, onları kvazi-dövlət əraziləri adlandırdı.Azərbaycanın bu istiqamətdəki siyasi mövqeyi necə almalıdır?

-Hazırda mövcud beynəlxalq hüquq erroziyaya uğramaqdadır. Buna əsas səbəblər sırasında Soyuq müharibə dövrünün reallıqlarını bir çox böyük dövlətlərin, xüsusilə ABŞ-ın qəbul etməməsidir. Elə bir vəziyyət yaranıb ki, artıq dövlətlər gücü çatdığı təqdirdə beynəlxalq qanunları öz maraqlarına uyğun şəkildə pozub öz istəklərinə uyğun addımlar atırlar. Bu, doğrudur, ya yox, başqa bir söhbətin mövzusudur. Lakin heç bir şey Quran ayəsi deyil, zamanla dəyişiklik ehtimalı hər zaman var. Bu baxımdan görünür Soyuq müharibə dövründəki güc balansının, beynəlxalq münasibətlər sisteminin pozulması yeni reallıqları da özü ilə gətirib. Bizim buna münasibətimizin necə olmasından asılı olmayaraq, bu, reallıqdır. Və burada ilk presedenti məhz ABŞ Kosovanı dünya siyasi xəritəsinə daxil etməklə yaradıb. Rusiya da bundan sonra keçmiş sovet respublikaları ərazisində bu addımları atdı, ən son olaraq Ukrayna ərazisində iki dövlətin yaradılması elan olundu. Bu məsələyə münasibət artıq hər ölkənin milli marağı və Rusiya ilə olan münasibətlərindən asılıdır. Tokayevin cavabına gəlincə, Qazaxıstan Rusiyaya qarşı müqavimət göstərmək, ona qarşı çıxış etmək potensialı olan ölkə deyil. Onun mövqeyi nəyisə həll etmir. Üstəlik, Qazaxıstan hazırda həm də Çinin təsir dairəsindədir. O, birmənalı Rusiyayönlü cavab verə bilməzdi, çünki müstəqil deyil. ABŞ və Çin faktoru Qazaxıstana öz təsirini göstərib. Lakin Tokayev unudur ki, Nazarbayev kimi təcrübəli siyasətçi belə balans siyasətinin qurbanı oldu. Bu, reallıqdır. Çin, Rusiya, ABŞ, Türkiyə arasında manevr sonunda hansı nəticələrə gətirib çıxardı, hamımız gördük. Odur ki, ölkələrdən artıq qəti seçim tələb olunur və çox yaxında biz bütün dünyada bunun nəticələrinin şahidi olacağıq.

7Times.az

Cəlal Fərzəliyev