Maqazin

“Məşhur olmayan biriylə evlənəcəm”

“Məşhur olmayan biriylə evlənəcəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli müğənni Sinan Akçıl “2 sayfa” verilişindən şəxsi həyatı barədə danışıb.

 

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 3-cü evliliyini məşhur olmayan xanımla etmək istədiyini açıqlayıb:

“Məşhur olmayan biriylə evlənəcəm. Hər kim bunu dinləyirsə, bəlkə də bir gün həmin adam mənim həyat yoldaşım olacaq”.

Daha sonra isə Akçıl sosial şəbəkədə izləyicisindən gələn “Sən məşhur olmayan deyirsən, amma hicablı biriylə də evlənmərsən. Sənin ən böyük pərəstişkarınam, amma inanmıram” ismarışını paylaşaraq bunları qeyd edib:

“Hicablı və ya açıq fərq qoymuram  Hər hansı biri, qədərimdə kim yazılıbsa… Bir gün həyat yoldaşım olacaq xanıma belə ayrıseçkiliyim olmaz”.

Qeyd edək ki, Sinan Akçıl bu ilin mayında 2 dəfə ailə həyatı qurduğu aktrisa Burcu Kıratlıyla boşanıb.