İranda 1988-ci ildə məhbusların kütləvi edamında yaxından iştirak etmiş Həmid Nurinin məhkəməsinin yekun hökmünün açıqlanması vaxtı yaxınlaşdığı bir vaxtda, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isveçli həmkarı Ann Linde ilə telefonda danışıb.
Sfera.az xəbər verir ki, İsveçin xarici işlər naziri Ann Linde bildirib ki, İsveç hökuməti və bu ölkənin məhkəmə sistemi mühakimə prosesini nəzarətdə saxlayır.
Abdullahian telefon danışığından sonra Həmid Nurinin oğlu ilə görüşdə deyib ki, onun azadlığı üçün bütün səylər göstərilir. Onun iddiasına görə, Nurinin həbsi qanunsuz və qeyri-ədalətlidir.
Qeyd edək ki, İranda keçmiş prokuror köməkçisi olmuş Həmid Nuri 2019-cu ildə İsveç polisi tərəfində həbs edilib. 1988-ci ilin iyul-sentyabr aylarında İran zindanlarında minlərlə siyasi məhbus edam edilib. İran İslam İnqilabının banisi Ruhullah Xomeyninin birbaşa tapşırığı ilə bir neçə dəqiqəlik mühakimədən sonra icra olunan edam hökmləri barədə rəy verən və “ölüm heyəti” kimi tanınan 7 nəfərdən biri də İranın hazırkı prezidenti İbrahim Rəisi olub.
Follow @7timesaz