Aktual

Consonun tərəfdarları ilə onu “devirən” keçmiş nazir arasında mübarizə başladı

Consonun tərəfdarları ilə onu “devirən” keçmiş nazir arasında mübarizə başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstefa verdiyini açıqlayan Böyük Britaniyanın Baş naziri Boris Consonun tərəfdarları keçmiş maliyyə naziri Rişi Sunakın onun postunu tutmasına mane olmağa çalışacaqlar.

Bu barədə “Financial Times” Britaniya hökumət mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, Consonun tərəfdarları Sunakı xəyanətdə ittiham edirlər.

“Rişi baş nazirin devrilməsi prosesinə rəhbərlik etdiyi üçün layiq olduğunu alacaq”, – deyə məmurlardan biri qəzetə bildirib.

Xatırladaq ki, Boris Conson hökumətində istefa verən ilk nazirlərdən biri olmuş Rişi Sunak Mühafizəkarlar Partiyasının liderliyi və kabinet rəhbəri postuna namizədliyini irəli sürəcəyini bildirib.