Müğənni Xatirə İslamın başına iş gəlib.
7Times.az Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçi təyyarədə uşaqların ağlayıb, qışqırmasından narahatçılıq keçirdiyini ilə bağlı video paylaşıb.
Təyyarənin “Business class” sinifinə daxil olan yerdə əyləşən X.İslam yol boyunca səs-küydən əsəb keçirdiyini, həm sözlə, həm də üz ifadəsi ilə dilə gətirib.
“Yolu bax belə gəlmişik. Səsə qulaq asın. Biabırçılıq! “Mercedess” markalı avtomobilin pulunu verib, təyyarəyə bilet almışam, səs-küyə baxın. Nə deyim, özünüz bilirsiz də!” – deyə,Xatirə yayımladığı videoda deyib.