Hadisə

Batumidə 9 nəfərin ölümünə səbəb olan Azərbaycan vətəndaşına HÖKM OXUNDU

Batumidə 9 nəfərin ölümünə səbəb olan Azərbaycan vətəndaşına HÖKM OXUNDUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Batumidə yaşayış binasının uçması nəticəsində saxlanılan Azərbaycan vətəndaşına hökm oxunub.

7Times.az  xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb.

Məhkəmə bu iş üzrə hər üç müttəhimi təqsirli bilib.

Mənzil sahibi Zaur Budaqov 4 il, işə götürdüyü inşaatçılar Xüseyn Surmanidze və Giorgi Surmanidze isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2021-ci il oktyabrın 8-də Batumidə yaşayış binasının bloklarından biri uçub. 3-ü uşaq olmaqla 9 nəfər ölüb.

Dağıntıya səbəb Budaqova məxsus birinci mərtəbədə yerləşən mənzildə daşıyıcı divarın sökülməsi olub.(Konkret.az)