Ukrayna Çexiyadan Mi-24 hücum helikopterləri alıb.
Sfera.az xəbər verir ki, bu barədə UNIAN agentliyi məlumat yayıb.
Bildirilir ki, Çexiya tərəfindən tədarük edilən Mi-24 helikopterləri Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən artıq istifadə edilir.
Tədarük edilən helikopterlərin sayı barədə məlumat verilməyib.
Qeyd edək ki, Çexiya Ukraynaya tanklar və digər silahlar tədarük edib.
Follow @7timesaz