“Deyir ki, bilmirəm bir, yoxsa iki idi. Adam bilmir neçə övladı var. Gələn də düz danışmır”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva “Səni axtarıram” proqramında deyib. Qarmon ifaçısı övladlarını axtarmaq üçün proqrama gələn Gülnarə adlı qadını tənqid edib:
İndi də bu məsələnin üstü açılır, başlayır gileylənib, ağlamağa. Hərdən də verilişdə özünü “artistliyə” qoyur. Bu qadına məəttəl qalmışam. Bu yazıq Xoşqədəm də (aparıcı Xoşqədəm Hidayətqızı – red.) qulaq asır onlara…
Pişik pişikliyi ilə balalarını yanında gəzdirir. Bu qadın necə anadır? Bir ucdan doğub töküb küçələrə, sayını belə bilmir. Belə ana olar?”.