Hərbi

ABŞ ikinci dəfə hipersəs raketini uğurlu sınaqdan keçirdi

ABŞ ikinci dəfə hipersəs raketini uğurlu sınaqdan keçirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Operational Fires” (OpFires) proqramı çərçivəsində yaradılan hipersəs raket prototipinin ilk uçuş sınaqları Nyu-Meksikoda ABŞ ordusunun “White Sands” poliqonunda keçirilib. Sınaqlarla bağlı məlumatı Amerika Birləşmiş Ştatlarının Müdafiə Qabaqcıl Araşdırma Layihələri Agentliyi yayıb. 

Sfera.az rus mediasına istinadən xəbər verir ki, “OpFires” proqramı bütün sınaq məqsədlərinə nail olub.Bu sınaqla ABŞ ardıcıl ikinci dəfə hipersəs raketini uğurla sınaqdan keçirmiş olub. “The National Interest” jurnalda yazır ki, ABŞ ordusunun hazırda rusların sahib olduğu eyni güclü uzaqmənzilli artilleriyaya ehtiyacı var və Pentaqonun bu istiqamətdəki səylərindən biri də OpFires proqramıdır.