Gəncədə 70 yaşlı kişini avtomobilə vuraraq öldürməkdə şübhəli bilinənin şəxsiyyəti məlum olub.
Milli.Az bildirir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 1995-ci il təvəllüdlü Orxan Nağıyevdir.
O, “VAZ” markalı avtomobillə 1957-ci il təvəllüdlü Bağırova Səlminaz və 1952-ci il təvəllüdlü Alim Məmmədovu vurub.
A. Məmmədov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.
O.Nağıyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Follow @7timesaz