Aktual

Rusiya XİN rəsmisi Ukraynaya sülh təklif etdi – Kuleba “vuruşacağıq” cavabını verdi

Rusiya XİN rəsmisi Ukraynaya sülh təklif etdi – Kuleba “vuruşacağıq” cavabını verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülh danışıqlarının başlaması üçün şərtlərini açıqlayıb.

Sfera.az bildirir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko sülh razılaşmasının əldə olunması üçün Ukraynanın “neytral” və “nüvəsiz” statusa malik olmalı olduğunu bəyan edib. Rudenko Moskvanın Kiyevdən aydın cavab gözlədiyini də vurğulayıb.

 

“İnterfaks” agentliyinin xəbərinə görə, qurum rəsmisi bildirib ki, onların digər tələbi Rusiyanın Krım üzərində suverenliyinin, o cümlədən Donetsk və Luqanskdakı xalq respublikalarının statusunun tanınmasıdır.

Qeyd olunub ki, Rudenko sözügedən açıqlamanı Ukraynanın xarici işlər naziri Kulebanın “Hər hansı sülh sazişinin bir hissəsi kimi Rusiyaya torpaq verməkdən imtina edirik. Moskva ilə Kiyev arasında sülh danışıqları isə yoxdur. Müharibədəki məqsədimiz torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək və Ukraynanın şərqində və cənubunda tam suverenliyə nail olmaqdır”, çıxışından sonra verib.  Məhz buna görə də bəyanat Kulebaya cavab kimi şərh edilib.

 

Xatırladaq ki, ötən həftələrdə Ukrayna nümayəndə heyətinin rəhbəri David Arakhamia  iki ölkə arasında danışıqların avqustun sonunda bərpa oluna biləcəyini bildirmişdi.