Ölkə

Polislərin olduğu avtomobil Kür çayına aşdı, ölən var

Polislərin olduğu avtomobil Kür çayına aşdı, ölən varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yevlaxda polislərin olduğu avtomobil Kür çayına düşüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qaynarinfo-ya bildirilib ki, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan “Fiat” markalı xidməti avtomobil Kür çayına aşıb.
Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən də açıqlama verilib. Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu “Fiat” markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.