İtaliyanın şimalında Alp dağlarında Marmolada buzlaqında uzunluğu 200 metr, dərinliyi 25 metr olan nəhəng çat əmələ gəlib.
GUNDEM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər xəbərdarlıq ediblər ki, indiki iqlim şəraitində buzlaq 30 il ərzində tamamilə əriyəcək.
İlk qar uçqunu 11 alpinistin həyatına son qoyub. Hazırda 200 metrlik, 25 metr dərinlikdə çat əmələ gəlib.
Qeyd edək ki, iqlim dəyişikliyi buzlaqlara təsir etməkdə davam edir. İtaliya və Avropanın ən böyük buzlaqlarından biri olan Marmolada buzlaqında nəhəng çat əmələ gəlib. Böyük səs-küylə baş verən krekinq bölgə rəhbərliyini hərəkətə keçirib. Həmin çat helikopter kamerası ilə qeydə alınıb.
Follow @7timesaz