Yaponiyada güclü yağışlar səbəbindən minlərlə insanın təxliyəsi barədə göstəriş verilib.
Manşet.az xəbər verir ki, ölkənin bəzi bölgələrində sel təsirli olub, çaylarda suyun səviyyəsi həddindən çox artıb.
Yaponiya Meteorologiya Agentliyinin xəbərdarlığından sonra yerli hakimiyyət orqanları riskli ərazilərdəki 220 000 evdə yaşayan 470 000 nəfərin səhərə qədər təxliyəsi barədə göstəriş verib, ekspertlər isə onları mümkün daşqınlara və yeni təxliyə əmrlərinə hazır olmağa çağırıb.
Səlahiyyətlilər leysan yağışların sabah səhərə qədər davam edəcəyini bildirib və vətəndaşları ildırım çaxmasına və güclü küləyə qarşı diqqətli olmağa çağırıb.