Dünya pop ulduzu Britni Spirs çılpaq bədənini nümayiş etdirib.
40 yaşlı müğənni Londonda otellərin birində çəkdirdiyi qalmaqallı fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Britni həmişə olduğu kimi, şəkillərini çox məlumatlandırıcı olmayan başlıqlarla tamamlayıb:
“Nə seçəcəyimi bilmirəm: çay yoxsa qəhvə? Onu çıxarmaq üçün telefonun altına kitab və pult qoymalı oldum”. Bəzi pərəstişkarları müğənniyə həvəsli şərhlər yazsa da, digər istifadəçilər onun vəziyyətindən narahat olduqlarını bildiriblər.
“O gözlərdə kədər”, “Siz yaxşısınız?”, “Nə baş verir?” Spirsin izləyicilərindən bəziləri ona nişan üzüyünü də soruşublar: “Hara getdi?”
Qeyd edək ki, iyunun əvvəlində Britni sevgilisi məşhur fitnes məşqiçi Sem Asgeri ilə evlənmişdi.
Follow @7timesaz