Dünya

Ermənistan parlamentində jurnalist döyüldü

Deputat iki dəfə jurnalistin əlindəki mikrofona vuraraq ünvanına hədələyici ifadələr işlədib.

Ermənistan parlamentində jurnalist döyüldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində deputatlar – Kristina Poqosyanla Artur Ovannisyan “5-ci kanal” TV-nin jurnalistinə peşə vəzifəsinin icrası zamanı fiziki təzyiq göstəriblər.

7times.az “News.am”a istinadən xəbər verir ki, bunu telekanalın direktoru Arutyun Arutyunyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, deputat iki dəfə jurnalistin əlindəki mikrofona vuraraq ünvanına hədələyici ifadələr işlədib: “Bundan sonra jurnalist vəzifəsinin icrasını dayandırıb”.

Telekanalın direktoru hadisə ilə bağlı Baş Prokurorluğa şikayət etdiklərini bildirib.