Son 5 həftədir Pakistanın müxtəlif əyalətlərində davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 290 nəfərə yüksəlib, 284 nəfər müxtəlif xəsarətlər alıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
İyunun ortalarından ölkə ərazisində yağan leysan yağışlar ölkənin bir sıra obyektlərinə zərər vurub.
Ümumilikdə Pakistanın müxtəlif şəhərlərində 9 mindən çox ev dağılıb, bir çox körpülər və magistral yollar zədələnib.
Hökumət rəsmiləri son 5 həftədə leysan yağışlar nəticəsində Bəlucistanda 99, Sindhə 70, Hayber Pahtunhvada 61 və Pəncab əyalətində 60 nəfərin həyatını itirdiyini, ümumilikdə 284 nəfərin yaralandığını açıqlayıb.
Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr aylarında yağan təsirli musson yağışları hər il təbii fəlakətlərə və qəzalara səbəb olur.
Follow @7timesaz