Müğənni Gülay Zeynallı və idmançı Kamil Zeynallının 10 yaşlı qızı Sahilənin maşın sürən yerdə çəkilən görüntüsü diqqət çəkib.
Axşam.az xəbər verir ki, videonu Kamil instaqram səhifəsində yayımlayıb. Övladı onun “Gelandewagen” markalı avtomobilini sürüb.
Kamil görüntüyə “İctimai nəqliyyatın və insanların olmadığı təhlükəsiz yerdə sürürdük. Neçə aydır qızıma avtomobil sürməyi öyrədirəm. Xam deyil, narahatçılığa səbəb yoxdur. 10 yaşlı qızımın fərasətinə maşallah olsun, bir qalıb silah atmağı öyrənməsi. O da tezliklə…” sözlərini yazıb.
K.Zeynallı eyni zamanda qızının at çapan videolarını da tez-tez izləyiciləri ilə bölüşür.