“Dənizə ailəsi ilə çimməyə gedən kişilərin necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir? Belə şey olar?”Bu sözləri ilahiyyatçı Hacı Təyyar qadınların toylarda açıq- saçıq, həmçinin çimərlikdəki geyimindən danışarkən deyib. İlahiyyatçının bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
7Times.az manset.az-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov ilahiyyatçının fikirləri ilə razılaşmır:”Mən başa düşmürəm ki, bu nə məsələdir cəmiyyətimizdə müzakirə edilir. Ayə, başqa problemlərimiz qalıb, çimərliyə getməyin dərdini çəkirlər? Kişidir öz arvadıdır, hara istəyir ora da aparırır. Əgər kişi arvadını çimərliyə aparırsa cəhənnəmə aparsın. Bunun kimə nə dəxli var? Kişi əxlaqsızdırsa, arvad da əxlaqsızdır. Əxlaq harasa getməklə ölçülmür ki!”
Follow @7timesaz