Dünya

ABŞ vasitəçilik təşəbbüsündə səmimi deyil: Manevr imkanlarını qorumaq lazımdır

ABŞ vasitəçilik təşəbbüsündə səmimi deyil: Manevr imkanlarını qorumaq lazımdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqton Bakı ilə İrəvan arasında əlaqələrin normallaşması istiqamətində son vaxtlar xüsusi fəallıq nümayiş etdirir. Xatırladaq ki, iyulun 25-də ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı E.Blinken qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır. Dövlət katibi, həmçinin ABŞ-ın Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələri və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstək verməyə hazır olduğunu bildirib”.

 

7Times.az  xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

 

Onun sözlərinə görə, Ağ Ev heç də səmimi deyil:

“Sadəcə Rusiya ilə Ukrayna arasında davam edən müharibə ABŞ üçün əlverişli fürsət yaradıb. Daha doğrusu, savaşın “rejissoru”nun məhz Qərb olduğunu nəzərə alsaq, bu proseslər də həmin “ssenarinin” davamı kimi qiymətləndirilməlidir. ABŞ vasitəçilik təşəbbüsü ilə ilk növbədə Rusiyanın Cənubi Qafqazdakı təsir gücünü azaltmaq niyyətindədir. Ağ Ev istəyir ki, savaş başa çatandan sonra Kremlin regiona təsir imkanı olmasın.

İkincisi, ABŞ bu yolla Rusiyanı qonşularının dəstəyindən məhrum etməyə çalışa bilər. Bildiyiniz kimi, Azərbaycan indi savaşla bağlı neytral mövqe sərgiləyir. Bəlkə d,  Vaşinqton istəyir ki, bu yolla Bakının diqqətini çəksin. Yəni Ağ Evdə ABŞ-ın jestinə cavab olaraq Azərbaycanın tamamilə Rusiyadan üz çevirəcəyini düşünmələri istisna deyil. Vaşinqtonun səylərini qiymətləndirmək olar. Bir şərtlə ki, bu, bizim dövlət maraqlarımıza zərbə olmasın. Yəni ehtiyatla davranmaq, manevr imkanlarını daim qorumaq lazımdır. Ümumiyyətlə, ABŞ-ın daimi vasitəçiliyinə ehtiyac yoxdur. Bu, sadəcə hansısa mərhələdə keçərli ola bilər. Ümumilikdə isə Ağ Ev səmimi deyil, öz maraqlarını düşünür. Vaşinqton regionda “suların durulması”nı istəmir. Əks halda çoxdan, hələ Minsk Qrupu fəaliyyət göstərdiyi zamanlarda məsələni həll edərdi. Fikrimcə, bundan sonrakı təmaslar vasitəçisiz, ikitərəfli formatda davam etməlidir”.