Dünya

Aİ Ukraynaya 1 milyard avro yardım göndərdi

Aİ Ukraynaya 1 milyard avro yardım göndərdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Rusiyanın işğalının maliyyə nəticələrini aradan qaldırmaq məqsədilə Kiyevə 1 milyard avro məbləğində maliyyə yardımı göndərib.

 

7Times.az  “Əl Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

“1 milyard avro, ümumilikdə məbləği 9 milyard avro olan Ukraynaya dəstək paketinin bir hissəsidir”,- deyə Şmıqal öz teleqram kanalında qeyd edib.

 

Onun sözlərinə görə, 500 milyon avro vəsaitin ilk tranşı artıq Ukrayna Mərkəzi Bankı tərəfindən qəbul edilib. Yerdə qalanının isə avqustun 2-si çatacağı gözlənilir.