İdman

UEFA-dan Putinlə bağlı şüarlar səsləndirən “Fənərbağça”ya sərt cəza

UEFA-dan Putinlə bağlı şüarlar səsləndirən “Fənərbağça”ya sərt cəzabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA-nın Çempionlar Liqasının II təsnifat mərhələsində “Dinamo”ya uduzan (1:2) “Fənərbağça”ya qarşı verəcəyi cəza bəlli olub. 

Offsideplus.az “NTV Spor”a istinadən xəbər verir ki, Avropa futbol qurumu “sarı-lacivərtlər”i avrokuboklarda oynayacağı ev matçlarında 10 000 yeri boş buraxmaq və pul ilə cəzalandırmağı planlaşdırır. UEFA son qərarını qısa müddət içində açıqlayacaq.

Xatırladaq ki, fanatlar 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.