Aktual

“RUSİYA 3 ÖLKƏYƏ HÜCUM EDƏCƏK” Ukraynanın sabiq Prezidenti xəbərdarlıq edib

“RUSİYA 3 ÖLKƏYƏ HÜCUM EDƏCƏK” – Ukraynanın sabiq Prezidenti xəbərdarlıq edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynadan sonra Rusiya Moldova, Qazaxıstan və Gürcüstana hücum edəcək”.

“Report” xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçma BBC-yə müsahibəsində deyib.

Onun fikrincə, ən böyük təhlükə Litva və ya Polşanı deyil, NATO-dan kənar postsovet respublikalarını gözləyir:

“Moldova və Şimali Qazaxıstanla bağlı eyhamlar adi hala çevrilib, indi bu kontekstdə Gürcüstanın da adı çəkilir. Axı Rusiya yalnız bəzən ondan daha zəif olanlara, hətta daha yaxşı – böyüklük sırası ilə zəif olanlara hücum edir”.

L.Kuçma həmçinin bildirib ki, Rusiya NATO-ya birbaşa meydan oxumağa qadir deyil. Keçmiş Prezidentin sözlərinə görə, əgər Ukrayna dözərsə, o zaman Rusiyanın digər postsovet ölkələrinə hücumu olmayacaq.