Xəbər verdiyimiz kimi bir neçə ay əvvəl britaniyalı müğənni Adel aktyor Silvestr Stalonninin Beverli Hillsdəki lüks malikanəsini 58 milyon dollara almışdı.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, inid isə Adelin evi almaq üçün külli miqdarda borc aldığı üzə çıxıb. O, bankdan 38 milyon dollar kredit götürüb. Sənətçi 30 il ərzində hər ay 227 min dollar ödəməlidir.
Qeyd edək ki, Stalonni 90-cı illərdə aldığı bu mülkü ilk olaraq 110 milyon dollara satmaq istəsə də alıcı tapa bilməmişdi.
Lüks malikanənin ümumi sahəsi 18 min 587 kvadratmetrdir. Amerikalı memar Riçard Landri tərəfindən layihələndirilən evdə 8 yataq və 12 vanna otağı var. 1994-cü ildə tikilmiş villa əvvəllər aktrisa Lisa Vanderpump və musiqiçi Rod Stüartın yaşadığı məhəllədə 3,5 hektar ərazidə yerləşir. Həmçinin, burada sauna, buxar otağı, terraslı ofis, mətbəx, kinoteatr, idman zalı, 8 avtomobillik qaraj, spa, hovuz və iki mərtəbəli qonaq evi var.
Follow @7timesaz