Rusiyanın İqtisadi İnkişaf Nazirliyi payızda işsizliyin hazırkı 3,9%-lə müqayidə artacağını gözləyir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya əmək bazarında vəziyyətə nəzarət etmək mümkündür: “Amma ölkəmizdə artıq ikinci aydır ki, işsizlik rekord aşağı həddədir, yəni 3,9%-dir”.
Amma o əlavə edib ki, payızda Rusiyada işsizlik bu rekord aşağı səviyyədən uzaqlaşacaq: “Eyni zamanda, vəziyyəti dramatikləşdirmək olmaz. Vəziyyət nəzarət altındadır”.
Follow @7timesaz