Siyasət

Britaniya kraliçası yeni baş nazirə görə məzuniyyətini yarımçıq qoyacaq

Britaniya kraliçası yeni baş nazirə görə məzuniyyətini yarımçıq qoyacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya kraliçası II Elizabet ölkənin yeni baş naziri ilə görüşmək və onunla yeni hökumətin formalaşdırılmasını müzakirə etmək üçün Şotlandiyadakı tətilini yarımçıq qoyacaq.

Boris Conson sentyabrın 6-da kraliçaya rəsmi müraciət edərək istefa verəcəyini açıqlayıb. Mərasimin qaydalarına əsasən, kraliça daha sonra qalib gələn mühafizəkar namizədi baş nazir olmağa “dəvət edəcək” və onun adını açıqlayacaq.

II Elizabet adətən Balmoraldan oktyabrın əvvəlinə qədər qayıtmır.

Qeyd edək ki, yeni baş nazirlə görüş, bir qayda olaraq, Bukingem sarayında keçirilir. Amma hazırda saray təmir olunduğundan mərasim Vindzor qəsrində təşkil edilə bilər.

II Elizabetin Londonda qısa müddət qalacağı və tezliklə Şotlandiyaya dönəcəyi gözlənilir.(oxu.az)