Moldovanın “Zimbru Kişinyov” klubunda çıxış edən niderlandlı futbolçu Donni van İperen “Dinamo-Auto” ilə oyunda ciddi zədə alıb.
7Times.az xəbər verir ki, 27 yaşlı futbolçu hazırda həyatda qalmaq uğrunda mübarizə aparır.
O, 11-ci dəqiqədə rəqibin qapıçısı ilə toqquşub və yerə yıxılaraq huşunu itirib. Həkimlər onun həyatını xilas etmək üçün dərhal sahəyə qaçıblar.
“Zimbru”nun oyunçusu xəstəxanaya köçürülüb. Klubdan verilən açıqlamaya görə, o, hazırda komadadır:
“Bu çətin anlarda bütün fikrimiz Donni van İperenlədir. Hollandiyalı futbolçu Kişinyovdakı xəstəxanaya köçürülüb və ona tibbi yardım göstərilir. Donni, möhkəm ol, hamımız sənin üçün dua edirik”./Fanat.Az