Prezident İlham Əliyevin hədiyyə etdiyi evi satan xalq artistlərinin adı məlum olub.
Bu barədə Qaynarinfo-ya Xalq artisti, aktyor Tariyel Qasımov məlumat verib. Onun sözlərinə görə, xalq artistləri, mərhum sənətkarlar Habil Əliyev, Yaşar Nuri, Siyavuş Aslana verilən evlər də satılıb:
“Prezident bizə -xalq artistləri Habil Əliyev, Yaşar Nuri, Siyavuş Aslana və mənə, dördümüzə bir vaxtda ev hədiyyə etmişdi. Həmin evi satdım. Prezidentin verdiyi evi tək mən satmamışam. Habil Əliyev birinci satdı, onun da ardınca Siyaviş Aslan. Yaşar Nuri isə elə orderi satmışdı. Mən də satıb pulunu yarısını verdim oğluma, gedib özünə maşın aldı. Bir maşın da mən aldım, yerdə qalan pula da özümə ev aldım. İndi evim “Neftçilər”dədir. Bundan əlavə, Ağstafada da ev tikdirdim”.
Follow @7timesaz
Tariyel Qasımov özünü əla hiss etdiyini deyib:
“Bir az da arıqlamışam, arıq olsam da, canım sağdır. Hazırda rayondayam, yığışmışıq Ağstafanın yaşlı adamları ilə bir yerə, nərd oynayırıq. Hamısı da gözəl insanlardır”.