Dünya

Lukaşenko “yola gəldi”: “Razıyam, lakin küçə yolu ilə yox”

Lukaşenko “yola gəldi”: “Razıyam, lakin küçə yolu ilə yox”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko konstitusiyanın üçüncü variantının hazırlanmasının üzərində iş getdiyini açıqlayıb.

7times.az APA-ya  istinadla xəbər verir ki, o, bu barədə Minsk Təkərli Dartıcı Zavodunun (MZKT) işçiləri ilə görüşü zamanı deyib. 

Lukaşenko ona konstitusiyanın iki variantının təqdim edildiyini, lakin hazırkı konstitusiyadan çox az fərqləndiyi üçün hər ikisini rədd etdiyini bildirib.

“Gəlin, oturun, konstitusiya üzərində çalışaq”, – deyə Belarus Prezidenti əlavə edib.

Onun sözlərinə görə, yeni konstitusiyaya hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə bağlı maddə əlavə edilə bilər.

Lukaşenko səlahiyyətlərinin bölüşdürülməsinə hazır olduğunu vurğulayıb: “Lakin təzyiq və ya küçə yolu ilə yox”.