“Zəngilanda, Ağalıda, üzü xan Araza sarı möhtəşəm bir bina tikib orada qardaş Türkiyənin Baş konsulluğunun açılması millətimiz, dövlətimiz, Türk dünyası və bütövlükdə İslam ümməti adına gözəl bir qərar olar”.
Modern.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxış edib.
“Qardaş Tükiyənin Zəngəzurda varlığı gücümüzə güc qatar, bütün haqq tərəfdarlarını sevindirər, nahaqları xar edər!”, – deyə o bildirib.
Xatırladaq ki, İran İslam Respublikasının bu günlərdə Zəngəzur bölgəsində – Ermənistanın Qafan şəhərində konsulluq açması birmənalı qarşılanmayıb.
Follow @7timesaz