Ölkə

Elvin Baxışov ev aldığı şəxsi idarəyə niyə mühasib təyin edib? – VİDEO

Elvin Baxışov ev aldığı şəxsi idarəyə niyə mühasib təyin edib? – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ETSN-nin 5-saylı Quba RMTM-nin direktoru Baxışov Elvin Fikrət oğlu bir müddət bundan əvvəl Quba şəhərinin mərkəzində yerləşən iki mərtəbəli yaşayış evini satın alıb.Həmin ev rayon sakini,Kerimov Ruhid Osman oğluna məxsuz olub.

“7Times.az” xəbər verir ki,80-100 min manat civarında qiymətə malik olan mənzil alındıqdan sonra ETSN-nin 5-saylı Quba RMTM-nin direktoru Baxışov Elvin Fikrət oğlu tərəfindən sökülərək yerində daha dəbdəbəli bir mənzil inşa edilib.Həmin mənzilin tikintisi indiyədək davam edir.Evin hansı mənbələrdən daxil olan gəlirlər hesabına alınması və yenidən inşa edilməsi bir başqa müəmma olsa da,məsələnin ən böyük müəmması və esterikası Elvin Baxışovun evini satın aldığı Ruhid Kərimovu sonradan rəhbərlik etdiyi ETSN-nin 5-saylı Quba RMTM-nə baş mühasib vəzifəsinə təyin etməsidir.Həmin şəxsin sözügedən vəzifənin zəruri öhdəliklərini hansı formada həyata keçirdiyi haqda danışmırıq.

Qeyd edək ki,həmin mənzili Elvin Baxışov bibisi oğlu olan Vahid Ərzumanovun adına rəsmiləşdirib.

Eyni zamanda onu da xatırladaq ki,sözügedən Vahid Ərzumonov elə ETSN-nin 5-saylı Quba RMTM-nin əməkdaşıdır.

 

Qeyd edək ki,həmin idarənin kadrlar üzrə baş mütəxəssisi olan Pərvanə Kazımovada Elvin Baxışovun bibisi gəlinidir.Elvin Baxışovun qardaşı,Emin Baxışovda  ötən ilə qədər ETSN-nin 5-saylı Quba RMTM-nin əməkdaşı olub.

Hüseyn

7Times.az