İlin sonuna qədər keçirilməsi planlaşdırılan ikinci sülh sammiti Rusiya Federasiyasının başlatdığı müharibəyə son qoymalıdır.
7Times.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında deyib: “Biz bu il ikinci sülh sammitini təşkil etmək üçün Ukraynanı mümkün qədər gücləndirməliyik. Bu sammit müharibəyə son nöqtəni qoymalıdır. Məhz nöqtəni, hansı ki, heç vaxt üç nöqtəyə çevrilməyəcək”.
Ukrayna Prezidenti qeyd edib ki, Avropada hamı sülhdə maraqlıdır və bu sülh beynəlxalq hüquqa uyğun olmalıdır: “Sülh müharibənin dondurulması deyil, beynəlxalq hüququn hər hansı manipulyasiyası deyil”.
Follow @7timesaz