Ölkə

Azərbaycanda idarə müdirindən maraqlı ADDIM: Qohumlarını və qardaşını direktor olduğu idarəyə işə götürdü – FOTO

Azərbaycanda idarə müdirindən maraqlı ADDIM: Qohumlarını və qardaşını direktor olduğu idarəyə işə götürdü – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  5-saylı Quba RMTM-nin direktoru Baxışov Elvin Fikrət oğlu müvafiq əmrlərlə öz qardaşını və qohumlarını həmin idarəyə işə götürüb.

O,öz qardaşı olan Emin Baxışovu 5-saylı Quba RMTM-nə sürücü vəzifəsinə təyin edərək ona idarənin 77-PT-176 dövlət qeydiyyat nişanlı “NİVA”markalı avtomabilini təhkim edib.

Qeyd edək ki,həmin avtomabil hazırda Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini olan Tərlan Rzayevin istifadəsindədir.

5-saylı Quba RMTM-nin direktoru Elvin Baxışov növbəti əmrlə öz bibisi oğlu olan Telman Ərzumanovuda həmin idayə sürücü vəzifəsinə təyin edib,və ona mərkəzin 10-PE-230 dövlət qeydiyyat nişanlı “NİVA”markalı avtomabilini təhkim edib.

Mərkəzin direktoru Elvin Baxışov növbəti əmrlə öz bibisi gəlini olan Pərvanə Kazımovanı həmin idarənin kadrlar üzrə baş mütaxəsisi vəzifəsinə təyin edib.

Direktorun işə götürdüyü növbəti qohumuda elə bibisi oğludur.Vahid Ərzumanov adlı bu şəxs isə idarənin fəhla ştatına rəsmiləşdirilib.O ,bir müddət bundan əvvəl işdən azad edilib.

Gülay

7Times.az