Avqust ayının 12-i saat 14:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkalanıb.
Bu barədə 7Times.az -a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti yaxınlığında sahibsiz halda gizlədilən 1 kisədə 8 ədəd bağlamada, ümumi çəkisi təxminən 16 kq 675 qram narkotik vasitəyə bənzər maddələr (3 kq 170 qram tiryək, 13 kq 505 qram marixuana) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Follow @7timesaz