Çeçenistanın rəhbəri Ramzan Kadırov Donbasa yeni könüllülər qrupunun göndərildiyini açıqlayıb.
7Times.az Teleqraf.com-a istinadən xəbər verir ki, o bu barədə Teleqram hesabında yazıb.
“Daha bir könüllü kontingent bu gün Qroznı beynəlxalq hava limanından Donbasdakı xüsusi hərbi əməliyyat zonasına yola düşüb”, – deyə Kadırov bildirib.
O əlavə edib ki, könüllülər əməliyyat zamanı baş verəcək problemləri tez və səmərəli həll etmək üçün yaxşı təlim keçiblər.
Follow @7timesaz