Ermənistanda müharibəyə görə hərbi geyimlərin qiymətində böyük artım müşahidə edilir.
“Report” xəbər verir ki, bu barədə “Kommandos” hərbi klubunun üzvü Voskan Marqaryan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, daha öncə 16 000 drama başa gələn isti gödəkcəni indi 25 000 drama satırlar.
V.Marqaryan qeyd edib ki, hərbi geyim satışı ilə məşğul olanların 80 %-i müharibə hesabına böyük gəlirlər qazanmağa başlayıblar.
Qeyd edək ki, oktyabrın 5-də Ermənistanın baş naziri Paşinyan hərbi forması olanlara müraciət edərək onları mərkəzi hərbi komissarlığa təhvil vermələrini xahiş edib.
Follow @7timesaz