Aktual

“Düşməni planlı şəkildə vurub çıxarırıq” “Strateji planda hər şey çoxdan həll olunub”

“Düşməni planlı şəkildə vurub çıxarırıq” – “Strateji planda hər şey çoxdan həll olunub”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Ofisi başçısının müşaviri Aleksey Arestoviç əmindir ki, Qərb elitaları artıq onu müzakirə etmirlər ki, Ukrayna Rusiya ilə müharibədə qalib gələcəkmi.

«Feygin LİVE»-nin efirindən onun qeyd etdiyi kimi, bu, artıq həll olmuş məsələdir.«Bu müharibə çoxdan ekzistensial xarakter daşımağını itirib, o, planlı xarakter daşıyır… Biz, düşməni planlı şəkildə vurub çıxarırıq, bizə plan üzrə silah-sursat verilir, maliyyə, siyasi kömək göstərilir. Hər şey plan üzrə gedir, o cümlədən, sanksiyaların tətbiqi də. Bu kursdan imtina heç bir şəraitdə olmayacaq. Və biz, Rusiya ordusunu oradan plan üzrə çıxarırıq. Bu, həll olmuş məsələdir, o, sadəcə müəyyən vaxt tələb edir, bu, müəyyən olunmuş qaydadır – rutindir. Əlbəttə, taktiki, operativ səviyyədə hələ gözlənilməz hadisələr, döyüşlər, xoşagəlməz hallar olacaq, amma strateji planda hər şey çoxdan həll olunub» – o, deyib.