Dünya

Krımda Ukrayna ordusunu dəstəkləyən mahnılar səslənməyə başlandı…

Krımda Ukrayna ordusunu dəstəkləyən mahnılar səslənməyə başlandı…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın işğal etdiyi Krımın Şelkino şəhərindəki “Krab” karaoke-barında Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün Ukrayna mahnıları səsləndirilməyə başlanıb.
7Times.az  bu haqda “UNİAN”a istinadla məlumat yayıb.
“Barın diceyi qatı Ukrayna tərəfdarıdır və rus mahnılarını oxutmaq istəmir”, – rusiyalı təbliğatçı Oleq Kaşin “Facebook”-da yazıb.
“…Ondan (dicey- red.) Rusiya himnini yandırmağa oxuda bilib-bilməyəcəyini soruşduqda o, cavab verdi ki, yalnız 5 min rubl(təxm. 136 AZN -S.L.) əvəzində – bundan  az mümkün deyil. Bu karaokedə adi mahnı 100 rubla başa gəlir”, – deyə Kaşin əlavə edib.
Xatırladaq ki, Rusiya Ukraynaya məxsus Krım ərazisini 2014-cü ilin yazında işğal edib.