ABŞ Konqresinin üzləri Ted Li, Co Vilson, Jared Qolden, Adam Kinzinger və Tom Malinovski Rusiyanın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması üçün qanun layihəsini Nümayəndələr Palatasına təqdim ediblər.
“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, qanun layihəsində Rusiya Federasiyasının beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş ölkə kimi təsnif edilməli olduğu qeyd olunur.Konqresmenlərin təşəbbüsünü şərh edən siyasi təhlilçi Xaqani Cəfərli bildirir ki, bu, ABŞ Dövlət Departamentinin Rusiyanı terrorçuluğu maliyyələşdirən ölkə kimi tanımaqdan yayınması ilə bağlıdır: “Konqresin yuxarı palatası Senat Rusiyanın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması ilə bağlı qətnamə qəbul etsə də, Dövlət katibi Entoni Blinkenin hələ də bu addımı atmayıb. Konqresmenlər Ted Li, Co Vilson, Jared Qolden, Adam Kinzinger və Tom Malinovskinin təşəbbüsü Dövlət Departamentini Rusiyanın terrorizmi maliyyələşdirən dövlət kimi tanımağa vadar etmək məqsədi daşıyır. Onların irəli sürdüyü qanun layihəsinin qanunvericilik aktına çevrilmə ehtimalı çox yüksəkdir. Çünki konqresmenlər hər iki partiyanı təmsil edirlər. Ted Li, Jared Qolden və və Tom Malinovski Demokrat Partiyasının, Adam Kinzinger və Co Vilson Respublikaçılar Partiyasının üzvləridir. Bu layihəyə dəstək olaraq dünyada çoxsaylı tədbirlər həyata keçirilir”.
Follow @7timesaz