Dünya

Putinə yalnız belə təsir etmək olar – Zelenski çıxış yolunu TAPDI

Putinə yalnız belə təsir etmək olar – Zelenski çıxış yolunu TAPDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya vətəndaşlarına viza verilməsinə qoyulan qadağa Rusiya xalqının Vladimir Putinin müharibəni mümkün qədər tez bitirmək qərarına təzyiq göstərməyə başlayacağına gətirib çıxara bilər”.

Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Washington Post” qəzetinə müsahibəsində deyib.

O deyib ki, viza qadağasında yaşamaq hüququnu əlindən alan heç nə yoxdur. Məhz buna görə, belə sanksiyalar çox yaxşı və dincdir.

“Qərb ölkələri Rusiya Federasiyasının bütün vətəndaşlarının Aİ ölkələrinə girişinə qadağa qoya bilər… Mən əvvəldən dedim ki, sərhədlərin bağlanmasını ən mühüm sanksiyalar hesab edirəm, çünki rusların xarici ərazilər əllərindən alınır. Yaxşı, fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşasınlar. Belə ki, ölkələr sərhədlərini bağlayır və enerji resurslarına embarqo qoyurlar. Şəxsən mənim fikrim odur ki, bütün digər variantlar daha zəifdir. Enerji təchizatına tam embarqo qoyulmayıb, sərhədlər bağlanmayıb”, – Zelenski deyib.

Ukrayna lideri istisnasız olaraq bütün rusları Rusiyaya göndərməyə çağırıb:

 

“Rusiya Federasiyasının vətəndaşları arasında müharibəni dəstəkləyənlər də var, dəstəkləməyənlərdə. Övladları xaricdə məktəblərdə, universitetlərdə oxuyanlar və s. Qoy Rusiyaya getsinlər. Bunun qəbahəti yoxdur, ora getsinlər. Əbədi deyil, lütfən, qayıtsınlar. Onda başa düşəcəklər”.

 

Zelenskinin fikrincə, bu halda ruslar Kremlin hərəkətlərinə təsir edə bilərlər. (Publika.az)