Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı ilə gündəmə gəlib.
7Times.az xəbər verir ki, “Söz-baz” verilişinə qonaq olan aktrisa 30 illik ailə həyatından danışıb.
Əliyeva bu illər ərzində əri ilə müəyyən mübahisələri və problemləri olduğunu, lakin bunları qarşılıqlı hörmət və sevgi sayəsində həll etdiklərini bildirib:
“Təbii ki, istər mənlə, istərsə də Oqtayla bağlı anlaşmadığımız, böyük mübahisələr yaşadığımız, razılaşmadığımız məqamlar olub. Onsuz olmur. Onu da biləsiniz ki, hər an hər şey ola bilir. Məsələn: evdə nəsə qurtarır. İndi bimirəm bunu Oqtaya necə deyim ki, bu qurtarıb. Deyir ki, sənin fikrin harada idi?
Bir dəfə evdə olanda dedi ki, mənə çay gətir. Son zamanlar bir obraz üzərində çalışırdım. Birdən mənə vəh gəldi. Başladım həmin obrazı məşq etməyə. Yarım saat sonra yadıma düşdü ki, Oqtay məndən çay istəmişdi. Tez çayı apardım. Oqtay baxdı təəccübləndi. Dedim “Ağlın olardı aktrisa ilə evlənməzdin”.
Qeyd edək ki, Dilarə Əliyeva əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə ailəlidir. Onların iki övladı var. Cütlüyün böyük qızı Aytən 28 yaşındadır. O evlidir, bir azyşalı övladı var. Dilarə ilə Oqtayın kiçik qızı Banu isə 15 yaşındadır.
Follow @7timesaz