Ağır oyun oldu. Rəqib necə gözləyirdiksə, elə də çıxış etdi. Çox yaxşı qol imkanlarımız oldu. Amma yararlana bilmədik.
7Times.az -ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.
50 yaşlı mütəxəssis müdafiədən oynayan kollektivə qarşı çıxış etdiklərini bildirib:
“Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Futbolçular çox əziyyət çəkdilər. Səfərdə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik”.
Qurbanov futbolda aqresiyanın çoxaldığını söyləyib: “Biz səbrli olmalıyıq. Futbolçulara da bunu tapşırmışam. Biz səbrlə oyunumuzu başa vurduq. Azarkeşlərimiz yenə möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm. Cavab görüşündə onları sevindirməyə çalışacağıq”.
Follow @7timesaz