Serbiya öz ərazisində Rusiyanın hərbi bazasını yerləşdirməkdən imtina edib. Eyni zamanda, Belqrad NATO ilə əməkdaşlığı genişləndirmək qərarına gəlib.
Bu barədə Rusiyanın «Komersant» nəşri öz mənbələrinə istinadla yazır («UNİAN»).
Ötən həftə Rusiya hərbi bazasının Serbiyada yerləşdirilməsi barədə Rusiyanın səfiri Aleksandr Botsan-Xarçenko bəyan edib.
“Serbiyada Rusiyanın hərbi bazasının yaradılması bu ölkənin suveren işidir, üstəgəl, bu məsələ Rusiya Federasiyasının maraqları daxilindədir» – diplomat bəyan etmişdi.
Eyni zamanda o, bəyan edib ki, Balkan bölgəsində Serbiyanın hərbi-texniki vəziyyəti göründüyündən xeyli güclüdür. Diplomat qeyd edib ki, hazırda Serbiya ilə hesablaşmağa başlayıblar.
Ancaq prezident Aleksandr Vuçiçi bəyan edib ki, Serbiyaya kiminsə hərbi bazası lazım deyil.
«Serbiya hərbi neytrallığı və müttəfiqlik münasibətlərini saxlayacaq. O, Rusiya, Çin, ABŞ və Avropa İttifaqı ilə əlaqələrdən utnmayacaq, amma özü öz qayğısına qalacaq» – Serbiya lideri Prva TV-yə müsahəibəsində deyib.
Follow @7timesaz