“Anam istəmirdi ki, ailə qurum. Gec ərə getməyimin səbəbkarıdır təkcə işim deyildi, həm də anam idi”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova “O üz” proqramında deyib. Sənətçi anasının onun ərə getməsinə mane olduğunu bildirib:
“Deyirdi ki, bu sənəti seçmisən, özün üçün yaşa. Bir qadın mənim üçün elçi gəlmişdi. Oğlu üçün istəyirdi. Qonşu otaqda idim. Oradan anam mənim haqda dedi ki, “Həmidə üçün indiyə qədər mən yemək bişirmişəm, onun üçün indiyə qədər hər şeyi mən edirəm. O aktrisadır, həyatını sənətinə bağlayıb. Qızım oğlunuza yoldaş ola bilməz”. Ailə qurmağımı istəmirdi. Ona heç nə deyə bilmirdim”.
Follow @7timesaz