Dünya

“NATO RUSİYAYA GÜZƏŞTƏ GETMƏMƏLİDİR” – “Rusiya “xüsusi əməliyyat”dan heç bir fayda götürməməlidir”

“NATO RUSİYAYA GÜZƏŞTƏ GETMƏMƏLİDİR” – “Rusiya “xüsusi əməliyyat”dan heç bir fayda götürməməlidir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın sabiq Dövlət katibi, beynəlxalq münasibətlər üzrə ekspert Henri Kissincer “CNN”-ə son müsahibəsində növbəti dəfə Ukrayna müharibəsi barədə danışıb.

“AzPolitika.info” xəbər verir ki, dünyaca məşhur analitik Ukrayna savaşının uzanmasının əleyhinə olduğunu və bunun dünyada eskalasiyanın daha da artmasına səbəb olacağını qeyd edib: “Danışıqlar olmalıdır. Bu müharibənin sonsuzadək uzadılmasından çəkinməyə çağırıram. Çünki bu halda hər şey Birinci Dünya Müharibəsinə bənzəyəcək və mümkündür ki, eskalasiya olacaq. Ona görə də, ümid edirəm ki, NATO ölkələri öz aralarında danışıqların necə nəticələnməli olduğu və hansı nəticələrin əldə edilməsinin mümkünlüyü barədə razılığa gələcəklər”.

Bununla yanaşı, Kissincer bildirib ki, NATO Rusiyaya güzəştə getməli deyil və onun Ukraynaya qarşı savaşdan hansısa fayda götürməsinə imkan verməməlidir: ““Rusiya “xüsusi əməliyyat”dan heç bir fayda götürməməlidir”.

Politoloq deyib ki, nəticə etibarilə Rusiya Ukraynanın işğal olunmuş ərazilərini geri qaytarmalıdır. Kissincer əlavə edib ki, NATO Rusiya ilə müharibədən sonrakı münasibətlər üzərində də düşünməlidir və elə etməlidir ki, Rusiya Çinin Avropanın astanasındakı forpostuna çevrilməsin.

Xatırladaq ki, bir müddət əvvəl Kissincer Ukraynanın sülh naminə ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməli olduğunu demişdi. Kəskin tənqidi reaksiyalardan sonra politoloq sözlərinin düz başa düşülmədiyini bildirmiş və Ukraynanın ərazi bütövlüyünün saxlanmalı olduğunu bəyan etmişdi.