Səudiyyə Ərəbistanı neft qiymətlərindəki son enişi dayandırmaq üçün hasilatı azalda biləcəyi barədə xəbərdarlığından sonra çərşənbə axşamı neft qiymətləri artıb.
“AzPolitika.info” “Reuters” agentliyinə istinadla xəbər verir ki, “Brent” fyuçersləri 93 sent və ya 1% artaraq 1 barel üçün 97,41 dollar təşkil edib. ABŞ-ın “Texas” markalı xamneftininfyuçersləridə 90 sentvə ya 1% artaraq 91,26 dollar/barelə çatıb.
OPEC lideri Səudiyyə Ərəbistanı bəyan edib ki, Neft İxrac Edən Ölkələr Təşkilatı fyuçers bazarın da son enişi dayandırmaq üçün hasilatı azaltmağa hazırdır.
Səudiyyənin dövlət xəbər agentliyi SPA, enerji naziri şahzadə Əbdüləziz bin Salmana istinadən “Bloomberg”ə bildirib ki, OPEC+ problemlərlə məşğul olmaq üçün çevik vasitələri işə salmağa hazırdı.
“Haitong Futures” analitikləri Səudiyyə Ərəbistanının neft qiymətlərinin artımını dəstəkləməsiilə bazarda yüksək qiymətlərin uzunmüddət qalmasını təmin edəcəyini düşünürlər.
Ekspertlər əlavə ediblər ki, İranın Qərblə nüvə sazişi danışıqların hansı mərhələdə olması qeyri-müəyyən olaraq qalır. Xatırladaq ki, bazar ertəsi İran ABŞ-ı 2015-ci il nüvə sazişini canlandırmaq səylərini gecikdirməkdə ittiham edib. Vaşinqton ittihamı rədd edərək bildirib ki, razılaşmaalara iki həftə əvvəl olduğundan daha yaxındırlar.
Bu arada, Avropa Qazaxıstan neftini Rusiya üzərindən daşıyan boru kəməri sisteminə ziyan dəydiyi üçün enerji təchizatında yeni fasilələrlə üzləşib.
“IG Group”un bazar strateqi Yep Jun Rong bildirib ki, mövcud məhdud tələb və təklif ABŞ-ın xam neft ehtiyatlarının 35 il ərzində ən aşağı səviyyədə olması da qiymətlərə ciddi təsir edir.
Follow @7timesaz