“Turistlərin ölkəyə gəlməsi inkişafdır. Təəssüf ki, Avropadan o qədər də çox turist gəlmir, Ərəbistandan gəlirlər. Onlar da bizim qızları necə yoldan çıxara bilərlər ki?! O qız özü “yoldan çıxmağa” meyillidirsə… Sadəcə, onların hoteldə, küçədə, bayırda artıq-əksik hərəkət etməmələri üçün müəyyən təşkilatlar tərəfindən nəzarət olmalıdır”.
Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın Xalq artisti Rasim Balayev deyib.
“Turistlər ölkə turizminin inkişafı üçün lazımdırlar. Sadəcə, 1-2 nəfəri qorxutsunlar, cəza tədbiri görsünlər. Bununla da onlar bilsinlər ki, burada belə qanundan kənar hərəkətlər etmək olmaz, adamı cəzalandırırlar, vəssalam. Amma yenə də qeyd edirəm, turizmin qabağını almaq olmaz” – R.Balayev qeyd edib.
Follow @7timesaz