Ölkə

Quldurluq edən məmur və müəllim qızı… – Hamı Jalədən danışır – VİDEO 

Quldurluq edən məmur və müəllim qızı… – Hamı Jalədən danışır – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Bakıda qadınların da üzv olduğu quldur dəstəsi saxlanılıb.

7Times.az  qafqazinfo-ya istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində Xalq artisti Valeh Kərimov və Əməkdar artist Loğman Kərimovun qardaşı Əflatun Kərimovun evinə basqın edən qrupun üzvü olan qadınların xarici görkəmi, onların bu tip cinayətdə iştirak etməsi müzakirələrə səbəb olub.

Polis tərəfindən saxlanılan dəstə üzvlərinin həm də narkotik asılılığından əziyyət çəkdikləri bəlli olub. Cinayətdə şübhəli bilinərək tutulan şəxslərdən biri olan Jalə Mahmudova barəsində isə onu tanıyanlar maraqlı fikirlər bölüşüblər.

Məlum olub ki, bir neçə ay əvvəl sosial şəbəkədə narkomanlarla bağlı verilişdə Jalə Mahmudova haqqında da reportaj yayımlanıb. O, müsahibəsində narkotikə ilk dəfə həyat yoldaşı tərəfindən öyrədildiyini bildirib və ərindən ayrıldıqdan sonra 65-70 yaşlı başqa kişinin onda narkotik asılılığı yaratdığını deyib: “Mən ziyalı ailəsində böyümüşəm, atam dövlət qulluqçusu, anam müəllim idi. Hər zaman mənə dəstək olublar. Amma görəndə ki, bu yola düşmüşəm, nəslin üz qarasına çevrildim”.

J. Mahmudovanın keçmiş iş yoldaşı V.Q. bildirib ki, o daha əvvəl taksi şirkətində çalışıb:

“Jalə bizdə işləyən zaman boşanmış qadın idi və bir övladı vardı. Boşanmış qadınların əksəriyyətinə cəmiyyətdə necə mənfi reaksiya olduğunu görürük.Ona görə belə işləməyi, sosial həyatı olması gözəl idi. Çalışqan və işinə məsuliyyətlə yanaşırdı.Özünün şəxsi maşını vardı, yüksək əməkhaqqı alırdı. Bir müddət sonra işdən çıxdı. Bir gün mənə keçmiş iş yoldaşım video göndərdi. Dedi, bax gör bu videoda danışan qadını tanıyırsan? Mən səsindən birinə bənzətdim, amma tam olaraq kim olduğunu bilmədim. O, mənə “Jalədir” deyəndə şok keçirdim. Çünki belə çalışqan, işi və normal həyatı olan biri necə belə bir zəhərin qurbanı ola bilərdi. Üzünü gizlətmişdilər deyə mən də heç nə yazmamışdım. İndi isə narkotikə görə quldurluq edib həbs olundu”.

Qeyd edək ki, quldurluq hadisəsi aldatma yolu ilə törədilib. Ə.Kərimovun qapısını döyən qadın ona qonşu olduğunu deyərək açmasını bildirib. Xalq artistinin qardaşı qapını açdıqda dəhlizdə gizlənmiş 2 kişi mənzilə basqın edərək onu döyüb və pul tələb ediblər.