Dünya

ABŞ dövlət katibi Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib

ABŞ dövlət katibi Qafqaz üzrə yeni baş məsləhətçi təyin edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi təyin edib.
Bu barədə Departamentin məlumatında deyilir.
Filip Riker bu vəzifədə Endryu Şoferi əvəz edəcək. O, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa kömək edəcək, həmçinin Cenevrə beynəlxalq müzakirələrində Gürcüstandakı münaqişə üzrə ABŞ nümayəndə heyətindən danışıqları aparan aparıcı şəxs olacaq.
Səfir Riker Avropada və beynəlxalq təşkilatlarda geniş iş təcrübəsinə malikdir. Daha əvvəl ABŞ-ın Böyük Britaniyadakı səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib.