Maqazin

“Efirlərdə canlı oxuyan müğənnilərə qarşı münasibət, hörmət bir başqa olmalıdır” – FOTO

“Efirlərdə canlı oxuyan müğənnilərə qarşı münasibət, hörmət bir başqa olmalıdır” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İş ərəfəsində mütləq müəyyən problemlər olmalıdır. Bu günki müğənnilərin bir çoxu bu hallarla heç qəbullanmır. Müəllim şagirdi yaxşı mənada tənbeh də etməlidir. Bəzən deyirlər ki, “vurma, dəymə”. Xeyr, belə olmaz! Bir şillənin özü şagirdin gələcək həyatında böyük rol oynayır. Ona görə də indiki uşaqları idarə etmək olmur”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elnarə Abdullayeva deyib. O daha sonra illərdir əməkdaşlıq etdiyi Asif Kərimovdan danışıb.
“Sənətdə borclu olduğum insanlar çoxdur. Böyük məmnuniyyətlə Asif Kərimovun adını çəkə bilərəm. Onun haqqında nə danışsam az olar. Sadəcə bir söz deyəcəm, o çox etibarlı insandır. İndiki cəmiyyətdə etibarlı insan tapmaq çox çətindir. O qədər etibarlıdır ki, fikirləşirəm ki, bəlkə mən onun qədər etibarlı ola bilmərəm. Mən dəqiq adamam, etibarlıyam, məndən söz çıxmaz, bu qədər etibarlıyam. Amma o məndən də etibarlıdır. Şükür ki, bizim ətrafımızda belə insanlar var. Onunla 15 ildən çoxdur ki, əməkdaşlıq edirəm, amma uşaqlıqdan tanışıq. Konsert, iş ərəfəsində hər birimiz əsəbləşirik, amma bu da işimizin xeyrinədir”, – deyə sənətkar bildirib.
Müğənni vaxtilə çəkdiyi əziyyətlərdən də danışıb.
“Vaxtilə 500 kilo yük götürürdüm, indi 50 kiloluq yüklər götürürəm. Deməyim odur ki, zamanında o çətinliyə sinə gərmişəm. O vaxt tar, kamança, dəf idi. Efirlərdə canlı oxuyanlara qarşı münasibət, hörmət bir başqa olmalıdır. Səs Allahın bizlərə verdiyi nemətdir. Bunun biz də, tamaşaçılar da qədrini bilməliyik. Sənət adamı tək özünü yox, tamaşaçını da fikirləşməlidir. Elə vaxt olub ki, boğazım xəstə olub, amma elə də oxumuşam. Deyiblər ki, niyə belə oxumusan? Demişəm ki, tamaşaçı qoy mənim səsimin xəstə halını da görsün”, – deyə müğənni bildirib.